Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer cütlüyü onları ölümlə təhdid etdiyi üçün məhkəmədən uzaqlaşdırma qərarı aldırdıqları Sinan Altıntaş üçün yenidən məhkəməyə müraciət ediblər.
Bizim.Media Türkiyə KİV-ə istinadla bildirir ki, cütlük onları ölümlə hədələyən şəxsin bu dəfə həbsini tələb edib.
Aktyor bildirib ki, həmin şəxs onları sosial şəbəkədə yenidən hədələməyə başlayıb. S.Altıntaş Başak Dizerə “Ərin öləcək, heç ümidlənmə” deyə mesaj yollayıb. Cütlük məhkəmədən həmin şəxsin həbs olunmasını və cangüdən verilməsini tələb edib.
Bizim.Media