Xalq artisti Röya Ayxan daha bir yeni fotosessiyası ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi bir neçə obrazda obyektiv qarşısına keçib.
Belə ki, Röya lüks villasında uzun, qara, sinə dekolteli libasında mətbəx çəninin üzərinə çıxaraq qab yuyub və cazibədar pozlar verib.
Digər obrazda isə pop ulduz dəri və “krujevalı” bodidə yataqda əvvəlcə ev telefonu ilə danışıb daha sonra isə orada baş-ayaq uzanaraq ecazkar pozlar verib.
Xalq artistinin biri-birindən seksual obrazları üzərində türk stilist və fotoqraf Oruc Mutlu çalışıb.
Rəşad Əliyev, Bizim.Media