ATV kanalında Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan "7 canlı" axşam şousunda müzakirələrə səbəb olacaq hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, proqramın gedişatında aparıcı verilişdə qonaq olan sənətçiləri atalar sözlərinin düzgünlüyü barədə sorğu-sual edib.
Həmin an studiyada quraşdırılan böyük monitorda nümayiş olunan “səhv” sözü “səhf” olaraq yazılıb. Bu isə verilişi diqqətlə izləyən tamaşaçıların gözündən yayınmayıb.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılar-yayınmaz müzakirə predmetinə çevrilib.
Rəşad Əliyev, Bizim.Media