Qırğızıstanda “Heydər Əliyev ili” ilə bağlı ilk kitab nəşrə hazırlandı - FOTO

2023-cü il “Heydər Əliyev ili” ilə bağlı mənzil qərargahı Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondu seriya kitabların nəşrinə start verib.

Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondunun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu seriyada iyirmiyə yaxın kitabın nəşri nəzərdə tutulub. 

Kitablar Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən qələbə, uğurlu diplomatiya, Birinci xanım Mehriban Əliyevanın dövlətçiliyimiz və mədənəiyyətimiz naminə apardığı əzmkar mübarizələrə və Azərbaycan elminə, mədəniyyətinə həsr edilib.

Fondun prezidenti Nüsrət Məmmədovun bildirib ki, bu addımın məqsədi Prezident İlham Əliyevin 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında verdiyi mesajlardan qaynaqlanır:

“Cənab Prezident hər çıxışında diasporlara Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını tövsiyə edir. V Qurultayda da bildirdi ki, “hər birimiz - həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin – xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm də ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törədiblər, - azərbaycanlılar öz sözünü deyiblər, bu gün də bunu etmək lazımdır”. 

Cənab Prezidentin bu tövsiyyəsi indi bizim fəaliyyətimizin əsas leytmotividir. 2023-cü il Heydər Əliyev ili olduğundan biz də çalışırıq ki, bu ilki bütün fəaliyyətimiz Ulu Öndərin adına layiq olsun. Gördüyümüz bütün işləri də “Heydər Əliyev – 100” şüarı altında həyata keçirəcəyik”.

Nüsrət Məmmədov onu da qeyd edib ki, keçən ilin sonundan artıq bu istiqamətdə fəaliyyətə başlayıblar. İlk işləri də Azərbaycanın ədalət mübarizəsini özündə əks etdirən kitabların nəşridir. Bu seriyadan ilk kitab, “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” nəşrə hazırdır. Kitabda istifadə olunan bütün materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi -  AZƏRTAC-dan götürülüb. Bu haqda kitabın ilk səhifəsində məlumat verilib. 

Kitabda 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin hər gün, hər saat hansı addımların atdığı əks olunub. Prezidentin Azərbaycan xalqına müraciətləri, kənd-şəhərlərimizin azad edilməsi müjdələri, yerli və xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri, əsgər və zabitlərimizlə görüşləri, yaralı əsgərlərimizin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə ziyarətləri bu kitabda xronoloji ardıcıllıqla yer alıb. Kitab rus dilində nəşrə hazırlanıb. Yaxın günlərdə kütləvi tirajlanması nəzərdə tutulub. 
Bu silsilədən olan növbəti kitablar “Xalqa bağışlanmış ömürdən anlar”, “44 günlük Zəfər müharibəsinin xronologiyası” iki cildliyi və başqalarıdır.

Bundan başqa, fond Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirəcəyi nəzərdə tutulan tədbirlərdə fondun sifarişi ilə çəkilən “İki Dahi Şəxsiyyət…”   filminin nümayişini də nəzərdə tutub. 

Xatırladaq ki Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə təşkil edilən rəsmi qəbulda filmdən göstərilən fraqmentləri Prezident İlham Əliyev yüksək qiymətləndirib. O deyib: 

“Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik…” Xüsusi ilə vurğulamaq lazımdır ki,  RF rejissorlarının çəkdiyi “Planetlə dialoq” filminin ilk premyerası da “Heydər Əliyev ili” çərçivəsində olacaq.

Sonda Nüsrət Məmmədov bildirib ki, kitab Azərbaycanın və dost ölkələrin diaspor təşkilatlarına, xarici ölkə səfirliklərinə, digər diplomatik korpuslara pulsuz şəkildə paylanılacaq. 

Onu da qeyd edək ki artıq kitabın elektron variantı fondun saytına yüklənib. Maraqlananlar kitabı buradan oxuya bilər:

//turktoday.info/biblioteka-russkiy.html

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

End of content

No more pages to load

RADİO