Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,64 ABŞ dolları, yaxud 6,41 % azalaraq 82,35 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, hərraclarda “Brent” markalı neftin fevral fyuçersləri 80,75 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
Bizim.Media