“Nə edirsən bu qədər pulu? Onun altından çıxmaq, arxasında durmaq var".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi həddən artıq çoxlu pul xərclədiyini açıqlayıb.
"Məni bir günlük maliyyə naziri qoysalar, bir dəqiqəyə ölkəni çökdürərəm. Xəbəriniz olsun, bu qabiliyyət məndə var. Kim bacarar? Heç kim”, - deyə Aygün bildirib.
Rəşad Əliyev, Bizim.Media