Türk musiqisinin "imperatoru" İbrahim Tatlısəsin dünyaca məşhur həmkarı Dua Lipanın fotosunu sosial şəbəkə hesabında paylaşması müzakirə yaradıb.
Bizim.Media xəbər verir ki, sözügedən fotoşoplu fotoda cazibədar pop ulduzun kürəyində 71 yaşlı sənətkarın şəklinin döymə olunması əks olunub. Həmçinin fotoda İbrahim Tatlısəsin "Allah səni cəzalandıracaq" sözləri də yazılıb.
İbrahim isə bu şəklin real olduğunu düşünüb. Tatlısəs fotonu izləyiciləri ilə bölüşərək "Cəsur və gözəl qızımıza təşəkkür edirəm" sözlərini yazıb.
Tənqid dolu şərhləri görən müğənni həmin paylaşımı silib.
İbrahim Tatlısəs daha sonra "Twitter" səhifəsində "Ajda Pekkanı tanıyıram, Hadisəni tanıyıram. Vaxtım var ki, Dua Lipanı tanıyım və onu izləyim? Məlum olub ki, bunu başqa qıza ediblər, göndəriblər. Təşəkkür edib paylaşdım. Niyyətim pis deyildi" statusunu yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media