İstanbulun Sabiha Gökçen hava limanında park edilmiş təyyarəni yedəkləyən yerüstü nəqliyyat vasitəsinin nasazlığı səbəbindən təyyarə uçuş-enmə zolağından çıxarıla bilməyib.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, bu səbəbdən uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Aeroporta enməli olan təyyarələr bir müddət havada dövrə vurmalı olub. Nasaz avtomobil uçuş-enmə zolağından çıxarıldıqdan sonra hava limanının fəaliyyəti normallaşıb.
Bizim.Media