Müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva uzun illərdir aralarında yaşanan küsülüyə son qoyub, barışıblar.
Bizim.Media xəbər verir ki, onları Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın" səhər şousunda barışdırıb.
Verilişin gedişatında Kazımova sənətçiləri barışdırmaq qərarına gəlib.
Həmin an isə Fatimə ilə Xatun göz yaşlarına boğulub.
Xatun "Aygün Kazımova, siz heç kimdən küsülü deyilsinizsə, biz də olmayaq" deyərək, qarşı tərəfə barışıq addımı atıb.
Bundan sonra Xatun ifası zamanı Fatiməni öpüb, qucaqlayaraq, barışdıqlarını efir vasitəsi ilə nümayiş etdiriblər.
Rəşad Əliyev, Bizim.Media