Türkiyənin qalmaqallı aktrisası Merve Boluğur 40 gündür evli olduğu və boşandığı keçmiş həyat yoldaşı Mert Aydınla fotokamera qarşısına keçib.
Bizim.Media “2-ci sayfa” maqazin verilişinə istinadən xəbər verir ki, kameraların ona tuşladığını görən aktrisa əsəbiləşərək jurnalistlərlə mübahisə edib.
Ekranlardan uzaqlaşan Boluğur “Kameranı söndürə bilərsən, mən insanam, insanlığa haqqım var.
Hadisə yaradırsan, söndür deyirəm, etmə!” deyərək, avtomobilinə əyləşib və olduqları məkanı tərk ediblər.
Rəşad Əliyev, Bizim.Media