“Bu il çoxlu sayda yeni insanlarla tanış oldum. Bəziləri həyatımda ciddi dəyişikliklərə səbəb oldular. Ən böyük arzumun təməlini qoydum. Azərbaycanda vətəndaş deyil, turist kimi yaşamağı öyrəndim”.
Bizim.Media xəbər verir ki, aparıcı Hüsniyyə Məhərrəmova bu il həyatında baş verən önəmli hadisələri sosial şəbəkə hesabında paylaşdığı postunda yazıb.
“48 kiloqram oldum, amma bu xoşbəxtlik uzun sürmədi. İlk dəfə "kokorec" yedim. Сason Momoanı sevməməyə başladım. Bir daha başa düşdüm ki, mən dünyanın ən xoşbəxt insanıyam”.
Məhərrəmova həmçinin 2023-cü ildə əldə etmək istədiklərindən də söz açıb.
“İstəyirəm Ukraynanın qələbəsini görüm. "SpaceX"də işləyim. İraqa səfər edim. Haruki Murakami ilə görüşüm. Aldığım "graphic designer" kursunu bitirim. Cason Momoanın yerinə yeni ilham pərisi tapım”.
Rəşad Əliyev, Bizim.Media