“Azərkosmos” azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılmasına yardım edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”la Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, memoranduma əsasən, peyk məlumatlarından istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə faydalı qazıntı yataqlarının tapılması məqsədilə tədqiqat aparılması, ölkədə seysmik riskin qiymətləndirilməsi birgə fəaliyyətin əsas istiqamətlərindən olacaq.

Sənəd peyk təsvirləri və geoloji məlumatlar əsasında sürüşmə areallarının monitorinqi, əsas su anbarlarının, yeraltı su resurslarının qiymətləndirilməsi və sudan səmərəli istifadə üçün təkliflərin hazırlanması üzrə əməkdaşlığı da əhatə edir.
Eyni zamanda peyk təsvirlərindən istifadə olunmaqla innovativ məhsulların yaradılması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, memorandum ölkəmizdə elmi tədqiqat layihələrinin icrasına mühüm töhfə verəcək:

“Azərkosmos Geologiya və Geofizika İnstitutuna tədqiqat ərazilərinə aid peyk təsvirlərinin verilməsini, o cümlədən qarşılıqlı təcrübə mübadiləsi, peşəkar kadrların hazırlanması və birgə təlimlərin təşkili məsələlərini daim diqqətdə saxlayacaq”.

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə qeyd edib ki, müasir dünyada kosmik təsvirlərin elmi tədqiqatlarda rolu əvəzolunmazdır. Onun sözlərinə görə, ölkəmizdə bu sahələrin inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Memorandumda qurumlar arasında kosmik sahə üzrə kommersiyayönümlü birgə fəaliyyət də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

ABŞ-ın “Tomahawk” ehtiyatı azalır — Ekspertlər bir neçə aylıq resursdan danışır

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

İran zərbəsi Abu-Dabini alova qərq etdi: Nəhəng zavod yanır - VİDEO

Bu şəxslərin övladlarına 140 manat verilir

Bu şəxslərin övladlarına 140 manat verilir

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

SEPAH-dan şok ultimatum: “İki universitet vurulacaq”

Əfqanıstanda daşqınlar: 17 ölü var

Əfqanıstanda daşqınlar: 17 ölü var

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

4 ölkənin XİN rəhbəri ABŞ-İran müharibəsini müzakirə etdi

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Gəncədə ağır qəza - 4 yaralı var - FOTO

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir”

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

“Sonuncu dəfə yazmışdı ki…” - VİDEO

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Netanyahu Livan ərazisi ilə bağlı BUNU ƏMR ETDİ

Son sutkada İrana 140 aviazərbə endirdilər

Son sutkada İrana 140 aviazərbə endirdilər

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

BƏƏ iranlıların yaşayış icazələrini ləğv etdi - Aktivlərini blokladı

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Laçında kanat yolu istifadəyə verilir - FOTO - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Masazırda əsas yolun bir hissəsi uçdu - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Universitetlər paytaxtdan çıxarılır - VİDEO

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

Pensiyanız yenidən hesablana bilər - QAYDASI BELƏDİR

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

İran Küveyti də VURDU - 10 hərbçi yaralandı

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Ayxan Abbasov: "Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik"

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Hamı bu VİDEODAN danışır

Hamı bu VİDEODAN danışır

End of content

No more pages to load

RADİO