Qalmaqallı şəkildə həyat yoldaşı Sərxan bəydən boşanan müğənni Mina Hüseyn növbəti açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda geyim tərzindən söz açıb.
Açıq-saçıq geyimlər və iddialı fotosessiyalar edən Mina bundan sonra qapalı imicdə tamaşaçıların qarşısına çıxacağını bildirib:
"Açıq-saçıq geyimlərimlə gündəmdə qaldım. Ümumiyyətlə, bu sənət üçün hər şeylə gündəmdə qalmağı bacarmaq lazımdır. Bu aralar həmkarım Əbdül Xalidlə birgə çalışırıq. Artıq bizim bir tərzimiz var. O tərzdən isə kənara çıxmamalıyıq. Lakin ondan əvvəl öz tərzimi seçmişdim ki, artıq qapalı geyimlər geyinəcəyəm", -
Rəşad Əliyev, Bizim.Media