Zeynəb Xanlarova haqqında 10 MARAQLI FAKT

Bu gün dünya şöhrətli müğənni, sevilən sənətkar Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. 86 yaşlı sənətkar son 60 ilin ən çox sevilən və dinlənilən müğənnilərindən biri idi.

Təkcə sənəti ilə deyil, şəxsiyyəti ilə də hər zamandiqqət mərkəzində olan dahi sənətkar haqqında 10 maraqlı faktı təqdim edirik.

1. Zeynəb Yəhya qızı Xanlarova 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub.

Ona görə də ona daha çox “dağlı qızı” deyirlər. Onun ən çox sevilən mahnılarından biri də “Məni heyran etdi Xızı dağları”dır.

2. “Zeynəb Asəf Zeynallıda mənim sinfimdə oxuyub. Yaman şuluq qız idi. Kollecdəki oğlanlar əlindən dad edirdilər, gəlib ondan mənə şikayətçi olurdular ki, müəllimə Zeynəb bizi vurdu, bizə söydü filan. Mən də təpinirdim ona. Əvvəl qara, quru bir qız idi, sonra çox gözəlləşdi”. Bunu Xalq artisi Ceyran Haşımova deyib.

3. Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçır. Münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır.

Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi olur. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs alır.

4. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir.

5. Xalq müsiqisi sahəsində SSRİ Xalq artisti alan ilk və son qadın müğənnidi.

6. Uzun illər yeni il başlayan kimi dövlət televiziyasında ilk mahnını Zeynəb Xanlarovanın ifa edib. Xalq artist indi də Aztv-NİN Yeni İl çəkilişlərində iştirak edir və çox güman ki, 2023-də ilk mahnını onun səsi ilə eşidəcəyik.

7. Zeynəb Xanlaraova Azərbaycan səhnəsinə naz və hərəkətlilik gətirən ilk müğənnidir. Bunu da Xalq artisti Flora Kərimova deyib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.

8. +50 dərəcədə konsert verənilk və son Azərbaycan müğənnisi Zeynəb Xanlarova olub.

O,Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın ozamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb.

9. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənni də Zeynəb Xanlarova olub.

10. ABŞ-da ən çox konsert verən Azərbaycan müğənni də Zeynəb Xanlarovadır. Onun bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutan müğənni 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib.

ABŞ-da konsert zamanı Zeynəb Xanlarova tamaşaçılara ilk səfərindən məzəli bir əhvalat danışır:

"1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də "Reyhan" idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər”.

Sənətini zirvəsində, yaşının müdriklik çağında olan Zeynəb xanımı ad günü münasibəti ilə təbrik edirik, ona can sağlığı arzulayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

End of content

No more pages to load

RADİO