“2022-ci ildə Azərbaycanın beynəlxalq enerji təminatı və tranzit daşımalarda rolu artıb ”.
Bizim.Media xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, 18 iyulda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb:
“Oktyabrın 1-də Sofiyada Yunanıstan-Bolqarıstan qaz kəmərinin açılışı keçirilib. Dekabrın 16-da ARDNŞ və “RomQaz” arasında Rumıniyaya qaz ixracına dair müqavilə imzalanıb və gələn il yanvarın 1-dən Rumıniyaya Azərbaycan qazı ixrac olunacaq. Bununla da Azərbaycandan Avropanın 4-cü ölkəsinə qaz ixracı başlayacaq”.
Bizim.Media