Hamiləliyinin son həftələrini yaşayan Türkiyənin məşhur aktrisası Fahriye Evcen çəkdirdiyi yeni fotoları ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, 36 yaşlı sənətçi şəkillərini sosial şəbəkə hesabında paylaşıb.
“Qovuşmağımıza az qaldı”, - deyə Fahriyə bildirib.
Qeyd edək ki, həmkarı Burak Özçivitlə ailəli olan Fahriye Evcenin Karan adlı bir oğlu var. Cütlüyün dünyaya gələcək övladı da oğlandır.
Rəşad Əliyev, Bizim.Media