SOY-dan qalan O: “Dilarənin “Piça-pıç”ları indi də davam edir”

Azərbaycan teleməkanında və şou aləmində bir brend var – SOY. Televiziyalarda yayımlanan bir sıra uğurlu layihələrin memarı məhz bu prodakşındır. Bu il SOY-un 25 yaşı tamam olur. 

Quruluşun rəhbəri Oqtay Əliyevlə yubiley söhbəti elədik və indi həmin müsahibəni sizə təqdim edirik:

- Oqtay bəy, bu il SOY-un 25 yaşı olur. Necə keçdi bu illər?

- SOY 25 yaşına gəlib çatdı. Necə deyərlər bir igidin ömrünü yaşadı. Arxada qalan illərə baxanda çoxlu sayda uğurlar yada düşür. Bu illər ərzində teleməkana çox uğurlu və innovativ layihələr gətirdik. Ən əsası SOY təkcə istehsalçı deyil, həm də bir məktəb oldu.

SOY-un şinelindən çıxan aparıcılar, rejissorlar, operatorlar, prodüsserlər və jurnalistlər bu gün əksər televiziyaların simalarıdır. Biz Azərbaycanda veriliş istehsal edən ilk prodakşn olmuşuq.
Azərbaycanda ən səs-küylü verilişləri biz hazırladıq. Hələ filmləri, reklam roliklərini demirəm...

- SOY-un ən uğurlu layihələri hansılarını hesab edirsiniz? 

- Bütün layihələr yadımdadır, tez-tez xatırlayıram. Amma tamaşaçıların ən çox yadında qalanlar məncə “Çal-çağır”, “Pıça-pıç”, “Yeni ulduz”, “Xalq ulduzu”, “İşdən sonra” və digər layihələridir.

Bu layihələrin kütləvi izləyiciləri vardı. Məsələn, hamı oturub gözləyirdi ki, Dilarənin “Pıça-pıç”-ı nə vaxt başlayacaq...

- Bir sıra layihələr vardı ki, dayandı, yarımçıq qaldı. Baxmayaraq ki, xeyli populyarlıq qazanmışdı. Və onların bu gün yeri boşdur?

- Bəzi layihələrin dayanmasının obyektiv səbəbləri var. Məsələn, biz musiqi yarışmaları keçirirdik. Sonradan bu layihə lisenziyalaşdırıldı. “Səs Azərbaycan” və sair kimi Beynəlxalq layihələr ortaya çıxdı.

Ona görə biz bəzi layhilərimizi dayandırdıq. Amma şou proqramlarımızın çoxu başqa adla, yeni tərtibatda efirlərə çıxır. Məsələn, “Çal-çağır” layihəsinin yeni versiası ARB-də Dilarə Əliyevanın aparıcılığı ilə davam edir. Və etiraf edim reytinqləri qırır. ATV-də “Axşamın oyunu” adlı intelektual yarışmamız yayımlanır. ARB-də “Səhər” verilişimiz var. Bu verilişlər şou proqramlar arasında ən çox baxılan 10 layihə arasındadır.

- Bu gün ən çox sevilən və reytinq gətirən Dilarə xanımın verilişləridir. Dilarə xanım SOY-un tapıntısıdır, yoxsa Dilarə xanım SOY-a şöhrət qazandırıb?

- (gülür) Əvvəlcə SOY Dilarəni efirə gətirdi, sonra da Dilarə SOY-a şöhrət gətirdi. Aparıcılar var ki, heç kimi bəyənmir, deyir ki, 30 ildir efirdəyəm. Amma bu gün onun 30 nəfər daimi izləyicisi yoxdur. Lakin, Dilarə xanım təkcə izlənilmir, həm də sevilir. Bu da onun işgüzarlığından, zəhmətkeşliyindən və gündəmlə ayaqlaşmasından irəli gəlir. 

- Siyavuş, Oqtay və Yaşar (SOY) 25 il bir yerdə çalışmaqdan bezmədilər?

- Xeyr, bezməyiblər. Baxmayaraq ki, yola birgə çıxmışıq, amma onlar artıq başqa sahədə çalışırlar. 10 ildən çoxdur ki, Yaşar başqa yerdə çalışır. Siyavuş da həmçinin. Amma SOY öz yaradıcılığını davam etdirir. Açığı SOY-un açması Siyavuş-Oqtay-Yaşar demək deyil. Bu soy kökündən götürülüb. Amma bir vaxtlar belə deyilirdi ki, bu bizim adımızın baş hərfləridir.

- 2023-cü il planlarınız nədən ibarətdir?

- Yeni ilə yeni filmlə qədəm qoymaq istəyirik. Dekabrın 29-da “Dönənnər” filminin qala gecəsi olacaq. Bu beynəlxalq layihənin Azərbaycan versiyasıdır.
Bundan başqa Yeni il üçün bir sıra yeni layihələrimiz var. Sadəcə olaraq sponsor sıxıntımız mövcuddu. Pandemiya, sonrada Ukraynadakı müharibə Azərbaycanın reklam bazarını çox pis vurdu. Sponsorlar olsa gələn il tamaşaçıları yeni layihələrimizlə sevindirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

Sərnişin tərəfindən döyülən avtobus sürücüsü açıqlama verdi - VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

“Benfika” hesabı ARTIRDI - YENİLƏNİB/VİDEO

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Naxçıvanın BU ƏRAZİSİNDƏ işıq olmayacaq

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Azərbaycan klubu baş məşqçi ilə müqaviləni UZATDI

Bu ətlərin qiymətində UCUZLAŞMA

Bu ətlərin qiymətində UCUZLAŞMA

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Trampdan VƏD: “Ukrayna ciddi problemlərlə qarşı-qarşıyadır, amma mən bunu dayandıracam”

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

Zərərli qidalardan asan yolla imtina etməyin YOLLARI - Dietoloqdan tövsiyələr

“Barselona” “Nou Kamp”a qayıda bilmir

“Barselona” “Nou Kamp”a qayıda bilmir

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Bakıda FACİƏ: 78 yaşlı qadın binadan yıxılıb öldü

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, 8 nəfər təxliyə edildi - VİDEO

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

“Benfika”-“Qarabağ”: Start heyətlər AÇIQLANDI

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Aİ İsrailin gömrük rüsumundan azad rejimini DAYADIRIR

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini İSTƏDİ - FOTO

End of content

No more pages to load

RADİO