Rusiyanın Sankt-Peterburq şəhərində qadın öz mənzilində şir saxlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Peterburq şəhərində polis bir qadının evindən 4 aylıq şir balasını aparıb.
“Velesa” heyvan müdafiəçiləri qadının qanunsuz şir saxladığını fotosessiyadan anlayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Beləliklə, polis evə baxış zamanı 4 aylıq yırtıcını qadının əlindən alıb. Məlum olub ki, sözügedən şəhərə bu heyvanı qanunsuz yollarla gətiriblər.
Faktla bağlı araşdırmalar aparılır. Hələki ətraflı informasiya verilmir.
Bizim.Media