13 ildir ki, ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova arxivini gün üzünə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında məktəb illərində lentə alınan uşaqlıq fotosunu izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.
Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.
Rəşad Əliyev, Bizim.Media