Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-zadə işdən çıxarılaraq “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru olub.
O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.
Bizim.Media