İnfarkt keçirən Vahid Əliyev: "Siqaret çəkməklə ürəyimi yüklədim" - VİDEO 

"Bir aydan çox idi ki, səhhətimdə bu proses gedirdi. Ürəyimin sancmalarından hiss edirdim bunları. Elə məsələlərdə çox dərinə gedən insan deyiləm. Teatrda işlərim çoxaldı. Səhər saat 10:00-dan axşam saat 22:00 kimi hər gün işləyirdim. İşləyəndə də hər fasilə yarandıqda qaçırdım siqaret çəkməyə. Özüm də hiss edirdim ki, siqaret çəkməklə ürəyimi yükləyirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev xəstəxananın palatasından "Təsir dairəsi" ictimai-sosial verilişinə müsahibəsində deyib.  

Ötən gecə səhhəti qəflətən ağırlaşan və infark keçirən 70 yaşlı sənətkar başına gələn xoşaqəlməz anı bu cür dilə gətirib: "Ötən gün ictimai-sosial verilişlərin birindən çıxıb evə gəldim.

Ürəyimin ağrımağını hiss etdim. Gəlinimə söylədim ki, mənə ürək dərmanı versin.

O preparatı içsəm də, gördüm ki, "O xına, bu xına deyil". Yatdım! Gecə saat 02:00 radələri idi, ürəyim çox möhkəm ağrımağa başladı. Möhkəm tutdu. Artıq bacara bilmədim. Dərhal həyat yoldaşıma vəziyyətimin pis olduğunu söylədim. Evə təcili tibbi yardım çağırdıq. Onlar gəlib məni müayinə etdilər. Səhərə kimi yata bilmədim. Canınızın qədrini bilin.

Cana zamanında qiymət vermək lazımdır. Əgər zamanında sağlamlığınızın qədrini bilməsəniz, mənim günümə düşəcəksiniz. Özüm sanki bilərəkdən bu yolu (siqareti nəzərdu tutur - red.) gedirdim. Canınızın qədrini bilin ki, xəstəxanaya düşməyəsiniz".  

Qeyd edək ki, V.Əliyevin həyat yoldaşı Tamilla xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, aktyor 10 gün xəstəxanada həkimlərin ciddi nəzərətində qalacaq. Bu müddət ərzində qanı duruldulandan sonra onun üzərində açıq ürək əməliyyatı aparılacaq.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

Qazaxda kişinin yataq otağında meyiti TAPILDI

Qazaxda kişinin yataq otağında meyiti TAPILDI

“Qalatasaray”dan ardıcıl 7-ci QƏLƏBƏ

“Qalatasaray”dan ardıcıl 7-ci QƏLƏBƏ

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Rüfət oynadı, komandası qalib gəldi

Rüfət oynadı, komandası qalib gəldi

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

End of content

No more pages to load

RADİO