Xalq artisti Zülfiyyə Xanbabayevanın ailəsinə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, sənətçinin qardaşının həyat yoldaşı dünyasını dəyişib.
Bu haqda Xanbabayeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Xalq artisti qardaşının xanımının məclislərin birində çəkilən fotosunu yayımlayaraq bu sözləri yazıb:
“40 gün sənsiz. Sonsuzadək qəlbimizdə, ürəyimizdə yaşayacaqsan... Məkanın cənnət olsun”.
Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov “Simurq” futbol klubunun keçmiş prezidenti olub. Cütlüyün Dəniz adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media