Rusiyanın Xalq artisti Filipp Kirkorov plastik əməliyyat keçirib.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
“Son zamanlar baş verən ən parlaq şey bu əllərin (yanında duran plastik cərrahın əlləri – red.) yaratdığı qeyri-adi yaraşığımdır. Hər kəsin öz dietoloqu, psixoloqu, mənim isə öz plastik cərrahım var. O, həmişə mənimlədir, o mənim tanrımdır, o, mənim gəncliyim və əbədi gözəlliyimdir”, - deyə Filipp bildirib.
Bizim.Media