“Bakı İrəvanın təkliflərinə müsbət cavab verərsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması 2022-ci ilin sonuna qədər mümkündür”.
Bizim.Media “Armenian Life” Telegram kanalına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
“Hər şey Azərbaycandan asılıdır. Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir. Rəsmi İrəvan artıq öz addımını atıb”, - deyə o, qeyd edib.
Bizim.Media