“Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib”.
Bizim.Media "Novosti Armenia" teleqram kanalına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib.
Onun sözlərinə görə, belə məzmunlu saziş imzalamağa hazırdır.
Paşinyan rəsmi Bakıya təqdim edilən müqavilənin detallarını açıqlamayıb.
Baş nazir əlavə edib ki, Azərbaycana regional kommunikasiyaların açılması ilə bağlı da təkliflər verib: “Biz bu problemi də dərhal həll etmək istəyirik”.
Bizim.Media