Fransa millisinin üzvü Kilian Mbappe DÇ-2022-nin finalından sonra PSJ ilə məşqlərə qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Fransa dünya çempionatının həlledici oyununda Argentinaya uduzub (3:3, penaltilər seriyası- 2:4). Dekabrın 18-də keçirilən sözügedən görüşdə het-trik edən 24 yaşlı hücumçu fransızların evə qayıtmasından iki gün sonra bu gün Paris təmsilçisi iləməşqə qayıdıb.
PSJ DÇ-2022-də bütün oyunçularına milli komandasının turnirdən kənarlaşdırıldığı gündən etibarən 10 gün istirahət verib. Ancaq Mbappe erkən qayıdıb.
Argentina millisinin kapitanı Lionel Messi isə10 günlük istirahətdən istifadə etmək qərarına gəlib.
Bizim.Media