Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, pop diva “lateks” materialda dar qara libasda obyektiv qarşısına keçib.
Çəkilişdə biri-birindən cazibədar pozlar verən Kazımovanın şəkillərinin müəllifi rusiyalı fotoqraf Vera Parohinadır.
Xalq artistinin obrazı üzərində isə stilist Ülkər Zahidli çalışıb.
Rusiyada lentə alınan fotosessiyada Aygün saç və vizajını peşəkar əcnəbi heyətə həvalə edib.
Layihənin müəllifi İbrahim Zahidliyə məxsusdur.
Rəşad Əliyev, Bizim.Media