Faiq Osmanlı: “Kreditlə saldığımız bağlarda ölkədə indiyədək becərilməyən bir çox meyvələr yetişdiriləcək”

2018-ci ildən bugünədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb. 

Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq. 

Bizim.Media xəbər verir ki, “Vergilər.az” ötən gün bununla bağlı geniş yazı dərc edib. Materialı olduğu kimi təqdim edirik: 

Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisi getdikcə artır və bunda aqrar sahədə yerli istehsalın genişlənməsinin mühüm rolu var. Ölkədə aqrar sahənin dəstəklənməsi üçün aparılan islahatlar, kənd təsərrüfatı istehsalçılarına verilən xüsusi güzəştlər və digər stimullaşdırıcı iqtisadi tədbirlər yerli istehsalın həcminin ildən-ilə çoxalmasına, sahibkarlığın inkişafına böyük təkan verir. 

Dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu dəstək mexanizmlərindən faydalanan sahibkarların sayının da artmasına səbəb olur. 2018-ci ildən bugünədək kənd təsərrüfatı məhsullarının emalı üçün 73 layihəyə 70 milyon manata yaxın güzəştli kredit ayrılıb. 
Dövlətdən aldığı kredit hesabına təsərrüfatını genişləndirən sahibkarlıq subyektlərindən biri də meyvəçilik və əkinçilik sahəsində fəaliyyət göstərən “AZORGANIK” kənd təsərrüfatı korperatividir. Bir necə sahibkarı ətrafında birləşdirən korporativə Göyçay, Ağdaş, Goranboy və Astara rayonlarındakı meyvə bağları və illik əkin sahələri daxildir. Korporativ hər rayonda oranın iqlim şəraitinə uyğun meyvə bağları (məsələn, Göyçayda nar, nektarin, şaftalı; Ağdaşda heyva, nar, xurma, alça bağları və s.) salıb. 

“AZORGANIK” Kənd Təsərrüfatı Korperativinin sədri Faiq Osmanlı son dövrlərdə dövlətin belə korporativləşməyə önəm verdiyini, dövlət qurumlarının onların təsərrüfatlarının qurulmasına böyük dəstək göstərdiyini deyir. Korporativin fəaliyyətinə aqrotexniki dəstəyi Kənd Təsərrüfatı Nazirliyi, maliyyə dəstəyini isə İqtisadiyyat Nazirliyi göstərir. 

F.Osmanlı son illərdə sahibkarlığa dövlətin dəstəyinin artdığından xüsusilə razıdır. Onun sözlərinə görə, şəffaflaşma sayəsində sahibkarların işləri daha da rahatlaşır. 

“İstər hüquqi, istər texniki, istərsə də maddi formatda olsun - bütün sahələrdə prosedurların asanlaşdığını hiss edirik. Subsidiyalarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə güzəştli şərtlərlə 200 min manat həcmində kreditlərdən istifadə etmişik, Sahibkarlığın İnkişafı Fondundan aşağı faizlərlə kreditlər almışıq. Ən böyük dəstəklərdən biri kənd təsərrüfatı sahəsində çalışan fermerlərin gəlir vergisindən azad olmasıdır”. 

“AZORGANIK” sonuncu dəfə bu il İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə aldığı 1 milyon manat güzəştli kredit hesabına Astara rayonunda 45 hektar ərazidə avokadonun, 10 hektar ərazidə isə yeni limon sortlarının yetişdirilməsi üçün bağ salır.
Dövlətin ayırdığı krediti yeni təsərrüfatların qurulması üçün böyük dəstək sayan sahibkar deyir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü ölkəmizdə yetişdiriləcək:

“Bəzi meyvələr, məsələn, banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir. Buna görə də bizim layihəmiz iki mərhələdən - açıq ərazidə və istixana şəraitində bağların salınmasından ibarət olacaq. İlk mərhələnin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyi dəstək göstərib. Layihəmiz uğurla davam edir, artıq avokado və limon bağlarının salınması prosesi yekunlaşıb. Layihəmizin ikinci mərhələsində istixana şəraitində banan, pitaya və papaya meyvələri yetişdiriləcək. Bununla bağlı banklarla və İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparırıq. Layihəmizin ikinci hissəsinə dəstək alsaq, onu çox qısa zaman ərzində həyata keçirə, bu ilin sonunda ilk banan və pitaya məhsullarımızı əldə edə bilərik”. 

F.Osmanlının sözlərinə görə, yeni saldıqları bağdan əldə edəcəkləri meyvələrin satışına və ixracına təxminən 3 il sonra başlayacaqlar:

“Sadaladığım meyvələrin hamısı ölkəyə idxal edilir. Bu idxalın bir qisminin qarşısını alsaq, ölkədən valyuta çıxmasının da qarşısı müəyyən qədər alınar. Tinglərini əkdiyimiz meyvələrə həm daxili, həm də xarici bazarda yetərincə tələbat var. Ona görə məhsulumuzu istər daxili, istərsə də xarici bazarda rahatlıqla sata biləcəyik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov: “Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”

Lavrov: “Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

End of content

No more pages to load

RADİO