Ukraynanın Xerson vilayəti ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri tərəfindən 42 dəfə atəşə tutulub.
Bizim.Media "Unian"a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.
"Müxtəlif infrastruktur obyektləri, şəxsi evlər və çoxmərtəbəli binalar, təhsil müəssisəsi atəşə məruz qalıb. Nəticədə 2 nəfər ölüb və 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb" - deyə Yanuşeviç qeyd edib.
Bizim.Media