Özünü “Arsax dövlət nazirinin müşaviri” adlandıran Qarabağ separatçısı Artak Beqlaryan Rusiyanı Laçın yolundakı vəziyyətə görə ittiham edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı informasiya Telegram kanallarında yer alıb.
"Rusiya 1 nömrəli məsuliyyət daşıyır. Bu, ilk növbədə sülhməramlıların olması ilə bağlıdır”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, digər beynəlxalq aktorlardan fərqli olaraq, əsas rıçaqlar Rusiyanın əlindədir:
“Rusiya həm də beynəlxalq aləmdə mühüm aktor kimi məsuliyyət daşıyır. BMT Təhlükəsizlik Şurasında veto hüququna malikdir”.
Bizim.Media