İrəvanda 27 avtomobilin iştirakı ilə güclü qəza baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı dekabrın 20-də respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan yayıb.
“Qəza Davtaşen körpüsündə qeydə alınıb. İlkin məlumatlara görə, 27 avtomobil toqquşub. Ölən və yaralananlar olmayıb. Hazırda magistral hər iki istiqamətdə bağlanıb”, - o, sosial şəbəkələrdə yazıb.
Davtaşen körpüsü şəhər mərkəzindən şimalda Ərəbkir və Davtaşen rayonlarını birləşdirir. Razdan çayından 92 m yüksəklikdən keçir, uzunluğu 496 m-dir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, körpüdəki qəza səbəbindən yaxınlıqdakı küçələrdə tıxac yaranıb.
Bizim.Media