Xəbər verdiyimiz kimi, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final matçında Argentina millisi Fransa yığmasını məğlub edərək tarixində 3-cü dəfə çempion titulunu qazanıb.
Bu isə stadionda böyüş coşqu yaradıb. Oyundan sonra məşhur türkiyəli aşpaz, iş adamı Nüsrət də bir çoxları kimi argentinalıları təbrik etmək üçün meydana enib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Videoda görünür ki, Nüsrət Messinin qolundan çəkərək foto çəkdirmək istəyib. Argentinalı hücumçu isə ona əhəmiyyət verməyib.
Bu görüntü sosial mediada trendə çevrilib.
Bizim.Media