Türkiyənin məşhur pop ulduzu Gökhan Özen infarkt keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
“Dünən gecəyarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra xəstəxanada bir müddət nəzarət altında qaldım və evə buraxıldım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər də var, pis günlər də. Bundan sonra müayinələri davam etdirməyi və stressdən uzaq çox sakit bir həyat sürməyi planlaşdırıram. Allaha əmanət”, - deyə Gökhan bildirib.
Qeyd edək ki, 43 yaşlı G.Özen hazırda Amerikada yaşayır.
Rəşad Əliyev, Bizim.Media