"Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messinin DÇ-2022-nin finalında qazandığı qələbəyə münasibət bildirib.
Bizim.Media Sports.ru saytına istinadən xəbər verir ki, komandanın keçmiş oyunçusu Fransa ilə oyunda (3:3, 4:2) dublla və matçdan sonra həyata keçirilən 11 metrlik zərbə ilə fərqlənib.
"O, bunu bacardı. Biz fəxr edirik. “Barselona” əfsanəsi, Argentina əfsanəsi, futbol əfsanəsi”, - Kataloniya klubu tvitində yazıb.
Bizim.Media