Aktyor Corc Qafarovun avtomobilini vurublar.
Bizim.Media xəbər verir ki, bu haqda Corc sosial şəbəkə hesabında məlumat yayıb.
Qafarov avtomobilinin ön yan hissəsini başqa bir nəqliyyat vasitəsini idarə edən kimliyi məlum olmayan şəxsin sürtərək əzdiyini bildirib.
"Ay insan balası, vurmusan, başa düşdük. Niyə qaçırsan?", - deyə gənc aktyor paylaşımına şərh yazıb.
Corc Qafarov Bizim.Media-nın əməkdaşı ilə söhbətində hadisənin bir neçə saat əvvəl Gənclik metrosu ərazisində məhəllələrin birində baş verdiyini açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media