"Məndən heç kim örnək götürməsin. Heç kimə örnək olmaq istəmirəm. Sırf özüməm, özüm olmaq istəyirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidlərdən söz açıb:
"Bəzən xanımlar yaxınlaşıb, tərif deyirlər. Cavab verirəm ki, efirdə də məni həyatda olduğum kimi görə bilsələr... Çox yaxşı olardı. Reallığı deyir, sözüm manşet olur. Xəyal dünyasında yaşamıram".
Rəşad Əliyev, Bizim.Media