Xalq artisti Röya Ayxan türk həmkarı Demet Akalınla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, sənətçilər Bakıda baş tutan lüks toyların birində səhnə alıblar.
Onlar çıxış öncəsi kulisdə səmimi şəkildə görüşərək, xatirə fotosu çəkdirib.
Həmin fotonu Demet sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sözügedən məclisdə isə Xalq artisti Aygün Kazımova da iştirak edib. Dəbdəbəli məclisin aparıcılığı Leyla Quliyevaya həvalə olunub.
Rəşad Əliyev, Bizim.Media