Xalq artisti Mələkxanım Əyyubovanın rəssam və bloger qızı Nəzrin okeanın o tayında - Mayamidə mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətkar sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xanəndə bildirib ki, övladı Mayamidə keçirilən rəsm sərgisində iştirak edib:
"Qızım Nəzrin Mayamidə keçirilən azərbaycanlı gənc rəssamların rəsm sərgisində 4 əl işi ilə iştirak edib və sertifikatla təltif olunub. Uğurların daim bol olsun. Səsin uca zirvələrdən gəlsin".
Nəzrin isə bildirib ki, Azərbaycanın Vaşinqtondakı səfirinin ikinci katibi Mahmud Mahmudov onu sertifikatlarla təltif edib.
Rəşad Əliyev, Bizim.Media