Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbov ötən gün koronavirus infeksiyasından 81 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, sənətkarın nəşi Yasamal qəbristanlığına gətirilib.
Molla tərəfindən bəstəkarın ruhuna dualar oxuduqdan sonra Oqtay Rəcəbov atası Rəcəbov Məmmədağa Qədir oğlunun yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media