Caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin qızı Xalq artisti Əzizə Mustafazadə atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, musiqiçi atasının ölüm ildönümü ilə bağlı sosial şəbəkə hesabında valideyninin fotosunu yayımlayaraq, ürək sözlərini yazıb.
"16 dekabr 1979-cu il, böyük Vaqif əbədiyyətə uçdu... Zaman sağaltmır, sadəcə biz acılarımızla yaşamağı öyrənirik", - deyə Ə.Mustafazadə paylaşımında qeyd edib.
Xatırladaq ki, V.Mustafazadə dekabrın 16-da Daşkənddə qastrol səfəri zamanı ürəktutmasından 39 yaşında dünyasını dəyişib. Dahi sənətkar Bakıda dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media