"Ermənistanda siyasi vəziyyətə Lenin məfhumu prizmasından yanaşsaq, nadir vəziyyət yaranıb."
Bizim.Media xəbər verir ki, bunu məşhur rusiyalı mediamenecer Aram Qabrelyanov Telegram kanalında yazıb.
"Yuxarılar həqiqətən köhnə qayda ilə idarə edə bilmir, dövlətin idarəetmə sistemi tamamilə dağılıb. Hakim partiya öz ağalığını dəyişməz şəkildə saxlamağın mümkünsüzlüyünü görür".
"Aşağılar əvvəlki kimi yaşamaq istəmir, sadə xalqın isə adi ehtiyaclarını ödəmək üçün həyatlarını yaxşılığa doğru dəyişmək istəyi var. Amma inqilabın başlanmasının heç də üçüncü mühüm Lenin komponenti müşahidə edilmir - kütlənin fəallığı hiss olunmur”, - deyə Aram Qabrelyanov qeyd edib.
Bizim.Media