Repressiv İran hökuməti məhbusları "Domino süd məhsulları" şirkətinin yük maşınları ilə ucqar bölgələrə daşıyır.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həbs olunmuş etirazçıların naməlum yerlərə aparılması üçün “Domino” şirkətinin yük maşınlarından istifadə edildiyi görünür.
"Domino" şirkəti də "Mihən" şirkəti kimi SRPAH-ın tam nəzarəti altındadır.
Xatırladaq ki, bir müddət öncə repressiv qüvvələr xalqı əzmək üçün "Mihən" şirkətinin TIR-larından istifadə etdiyi üçün həmin şirkətin məhsulları əhali tərəfindən boykot edilib. İndi də növbədə "Domino" şirkətidir.
Bizim.Media