“İğtişaşları törədənlərin həbsi ilə onların edam edilməsi arasındakı vaxt çox uzundur. Onlar həbs olunduqdan sonra 5 və ya 10 gün ərzində edam edilməlidir”.
Bizim.Media xəbər verir ki, bunu İran parlamentinin radikal mühafizəkarlar qanadına mənsub Mustafa Mirsəlim deyib.
O, etirazçıları “iğtişaşçı” adlandırıb və hakimiyyətin onları edam etməsini müdafiə edib:
“Mən son hadisələrlə bağlı Məhkəmə sisteminin fəaliyyətini qətiyyətlə dəstəkləyirəm”.
Bizim.Media