Müğənni Rüfət Axundov Rusiya və MDB ölkələrində məşhurlaşan həmkarı Nəvai Bəkirovla bir araya gəlib.
Bizim.Media xəbər verir ki, keçirilən el şənliklərinin birində iştirak etmək üçün Moskvaya gələn Rüfət Nəvai ilə görüşüb.
Bəkirovun dəbdəbəli “Rolls Royes” markalı avtomobilinin yanında Nəvai ilə foto çəkdirən Axundov “Qara “Rolls Royes” “cek pot” aparır. Bərk gedən qardaş” şərhini yazıb.
Qeyd edək ki, Rüfət Axundov Moskvaya yalnız deyil, aktyor Elşən Orucovla birlikdə yollanıb.
Rəşad Əliyev, Bizim.Media