Ermənilərin kompakt yaşadığı Qarabağın bəzi rayonlarında qaz kəsilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Erməni mətbuatı qazın verilişindəki məhdudiyyətlərin dəqiq hansı ərazidə tətbiq edildiyini qeyd etməyiblər.
Qeyd edək ki, artıq bir sutkadan artıq müddətdir ki, Xankəndi-Şuşa yolunda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.
Bizim.Media