Dekabrın 13-də Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.
Bizim.Media