Bu gün futbol üzrə dünya çempionatında ilk yarımfinal oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, ilk finalçı Argentina və Xorvatiya “döyüşündən” sonra bəlli olacaq.
Tərəflərin hər ikisinin bu mərhələyə qədər gəlmələri təəccüblü deyil. Argentinalılar hələ mundial başlmamışdan öncə kuboku qazanmağa əsas namizədlərdən biri sayılırdı. Xorvatlara gəlincə isə onlar ən azı son dünya çempionatının finalçısı kimi buna layiqdir.
Lusail şəhərindəki Milli stadionda keçiriləcək Argentina-Xorvatiya matçı Bakı vaxtı ilə saat 23-də başlayacaq.
Bizim.Media