İrəvanda məktəb və uşaq bağçalarının zirzəmilərinin sığınacaq kimi yararlı olub-olmaması yoxlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, 108 məktəbin və 85 uşaq bağçasının zirzəmiləri yararlı hesab edilib.
Qeyd edək ki, erməni ekspertlərinin və politoloqlarının fikrincə, rəsmi İrəvan sülh sazişinin imzalanması prosesini ləngitsə, təkcə rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağda deyil, həm də Ermənistanda müharibənin alovlanması qaçılmazdır. Bu baxımdan sərhəd bölgələrində, o cümlədən paytaxtda inzibati binaların zirzəmilərindəki sığınacaqlar mütəmadi olaraq yoxlanılır.
Bizim.Media