“Bölgədəki düşmənçilik idarə olunmalıdır və bu, nifrət nitqinin idarə olunmasından başlamalıdır”.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Qlobal Forumda deyib.
O vurğulayıb ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri çox önəmlidir.
“Bu yaxınlarda Türkiyədə səsləndirilən bəyanatla razılaşmaq istəyirəm. İdeya ondan ibarət idi ki, bütün region dövlətləri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təhlükəsizliyin, suverenliyin və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə çox lazımdır. Bu, çox mühüm formuladır”, - Nikol Paşinyan bildirib.
Bizim.Media