Ukrayna səfiri Azərbaycana təşəkkür edib

"Dost Azərbaycan xalqına bu çətin müharibə günlərində Ukraynaya etdiyi genişmiqyaslı köməyə görə təşəkkür edirəm". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib. 

"Azərbaycanın göstərdiyi yardımlar arasında minlərlə ton ərzaq məhsulları, tibbi avadanlıqlar və tibbi ləvazimatlar sayəsində Ukraynada bir çox insanların həyatının xilas edildiyini unutmuruq. İndiyədək edilən bütün yardımlar Azərbaycanın səmimi dostluğunun bariz nümunəsidir və biz bunu çox yüksək qiymətləndiririk. Bunu heç zaman unutmayacağıq. Azərbaycan rəhbərliyinə və xalqına çox minnətdarıq. İnanıram ki, biz dostlarımızın köməyi ilə ayaq üstə dayanacağıq və mütləq qalib gələcəyik", - səfir əlavə edib. 

Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə bu gün Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. 
Sözügedən yükün çəkisi 52.2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. 

Xatırladaq ki, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Azərbaycanda gömrük bəyannamələrini LƏĞV ETMƏK mümkün olacaq

Bu seriallar cəzalandırıldı

Bu seriallar cəzalandırıldı

“Barselona” Rafinyanı satır

“Barselona” Rafinyanı satır

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Havaya buraxdığımız qazları Çin “tutub” pula çevirəcək – Benzinə alternativ gəlir

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

Tramp “Nobel”ə namizəd OLA BİLƏR

“Qarabağ”da ciddi itki

“Qarabağ”da ciddi itki

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Azərbaycanda uşağa qulluğa görə müavinət AVTOMATİK təyin olunacaq

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - FOTO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Dağıstanda radikallar kəndi ələ keçirib idarə edirmiş - HƏBS olunanlar var - VİDEO

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Birinci Liqa: “Səbail”dən böyükhesablı qələbə

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Trampa sui-qəsd edən şəxslə bağlı QƏRAR verilib

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

Dağıstana kimin rəhbərlik edəcəyi MƏLUM olub

End of content

No more pages to load

RADİO